Ötən sutka Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 54 halda yanğına çıxış, köməksiz vəziyyətdə qalma faktı üzrə 5 və nəqliyyat qəzası üzrə 1 qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən Hacıqabul rayonunun Qarasu kəndində “Kamaz” və “Mercedes” markalı iki yük avtomobilinin toqquşması faktı üzrə həyata keçirilən qəza-xilasetmə əməliyyatı zamanı avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər xilas olunub. Yanğın zamanı tüstülənən mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
FHN üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.